8 Mart 2016 Salı

Memarlıq fakültəsinin Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş plakat sərgisi.

Fevralın 26-da Memarlıq fakültəsinin tələbələrinin Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş plakat sərgisi təşkil olunmuşdur. tələbələrimiz xalqımızın acı-ağrısını həmin rəsm işlərində göstərməyə çalışmışdır. Sərgidə rəngli boya, qrafika və kollaj üsulundan istifadə edən fakültə tələbələri ölən, itkin düşən soydaşlarımızın faciəsinə şərik olmuş, ermənilərin genosid siyasətini göstərmişlər.
Fevralın 26-da eyni zamanda fakültəmizin «Gənc memarlar» komandası  Azad Tələbə Həmkarlar Komitəsinin  «Vətən sərhəddən başlayır» devizi altında təşkil edilmiş bilik yarışında qalib olmuş və fəxri diplomla təltif edilmişdir.

Hiç yorum yok:

Yorum Gönder